20.01.2018 - 20:09
Ölkə
25 baxış
30 ermənini öldürən şəhidin anası: "Yeganə təsəllim..." -VİDEO
20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi və azadlıq istəyinin oyanış günüdür.Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarətə gələn “Azərbaycan Bayrağı” ordenli Bəhruz Nuriyevin anası Nayidə Nuriyeva AZƏRTAC-a müsahibəsində deyib.
Əfsanəvi döyüşçü Bəhruz Nuriyevin Qarabağ döyüşlərində göstərdiyi şücaətdən danışan Nayidə Nuriyeva deyib: “Bəhruz Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak oldu. O, 1993-cü il iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirdi, sonda isə özü şəhid oldu. Oğlumun itkisinin yeganə təsəllisi işğal olunmuş torpaqlarımızın qaytarılması olardı”.
O bildirib ki, şəhidlərimizin Azərbaycanın müstəqilliyi, azadlığı və firavan gələcəyi uğrunda tökülən qanları hədər getməyib. Hər birimiz Şəhidlər xiyabanına gələrkən içimizdə xəfif titrəyiş hiss edirik. Oradan qayıdanda isə bu titrəyiş qürur hissi ilə əvəz olunur. Biz ölkəmizin azadlığı uğrunda canlarından keçmiş qanlı 20 Yanvar şəhidlərini heç vaxt unutmayacağıq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
19.10.2026 - 15:34
Məktəb mədrəsə deyil, öz qaydaları var
12.10.2026 - 17:54
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
12.10.2026 - 10:24
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
11.10.2026 - 16:44
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
10.10.2026 - 14:18
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
08.10.2026 - 15:18
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
08.10.2026 - 15:03