30-a yaxın müəllim işdən çıxarılıb? - Xalq artistindən açıqlama
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən 30-a yaxın müəllimin işdən azad edilməsi barədə məlumat yayılıb.
Qeyd edilib ki, Xalq artistləri Ağakişi Kazımov, Azər Zeynalov, Valeh Kərimov, Əməkdar artistlər Ötkəm İsgəndərov, Nadir Xasıyev, elmlər doktoru, dosent Fərhunə Atakişiyeva daxil olmaqla xeyli sayda şəxs işindən azad olunub.
“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün Xalq artisti Valeh Kərimovla əlaqə saxlayıb. “Bilməzdim ki, belə əziz bir insanam. Artıq iki mətbuat işçisi mövzu barədə mənimlə əlaqə saxlayıb. Əzizlərim, mən 5 ildir ki, universitetdən çıxmışam. Bu məlumatı niyə indi yazırlar, səbəbini bilmirəm”.
Məsələ ilə bağlı digər Xalq artistləri ilə əlaqə saxlamaq mümkün olmayıb, onlar telefona cavab verməyiblər.
Qeyd edək ki, ilk dəfə məlumatı “BakuPost” yayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər