3 rayona icra başçısı təyin olunur
Ölkə başçısının müfaviq sərəncamları ilə bir sıra rayon və şəhərlərdə İcra Hakimiyyəti başçıları dəyişdirilir.
Minval.info modern.az-a istinadən xəbər verir ki, yaxın vaxtlarda daha üç yeni icra başçısının təyinatı gözlənilir.
Belə ki, Mingəçevir şəhəri, Cəlilabad və Bakının Səbail rayonlarının İcra hakimiyyətlərinə yeni başçı təyinatları gerçəkləşəcək.
Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Niyazi Bayramov həmin postdan azad edilərək, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə aparılıb.
Cəlilabadın keçmiş icra başçısı Əziz Əzizov Bakının Yasamal Rayon İcra Hakimiyyətinə başçı gətirilib. Səbail rayonunun sabiq rəhbəri Eldar Əzizov isə Bakı Şəhər İcra Hakimiyyətinin müavini təyin edilib və hazırda faktiki olaraq Meriyanı idarə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ