Bakıda gənc oğlan evə gələn təmizlikçini zorlamaq istədi - Qadın özünü pəncərədən atdı (VİDEO)
Bakıda xoşagəlməz hadisə baş verib.
Minval.info xəbər verir ki, qadın zorlanmaya məruz qalmadığı üçün özünü üçüncü mərtəbədən atıb.
Verilən məlumata görə, hadisə 9 sentyabr saat 22:50-də Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib.
1972-ci il təvəllüdlü Z.Məmmədova ağır bədən xəsarətlərilə Klinik Tibb Mərkəzinə yerləşdirilib.
Araşdırmalar zamanı məlum olub ki, Seyidov küçəsi 21 ünvanında Z.Məmmədova tanışı 1991-ci il təvəllüdlü İ.Vəlizadə tərəfindən hücuma məruz qalıb. Qadın gənc tərəfindən zorlanmamaq üçün özünü pəncərədən yerə atıb.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən şəxs saxlanılıb.
Faktla bağlı Qaradağ rayonunda cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Minval.info
https://www.youtube.com/watch?v=0nsZFjoLm6Q
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib