27 yaşında dünyasını dəyişmiş məşhurlar - “Klub 27”
Rok musiqisi ilə maraqlananlar, yəqin ki, “Klub 27” haqda məlumatlıdılar.
“Klub 27”nin ən əsas xüsusiyyəti musiqi sahəsində öz imiclərini formalaşdırmış və sənət dünyasına yeniliklər qatmış gənc musiqiçilərin 27 yaşında həyata vida etmələridir.
Klubun ən son üzvü isə 2011-ci il 23 iyulda dünyasını dəyişmiş Emi Uaynhausdur.
Minval.info 27 yaşında dünyasını dəyişmiş məşhur rok musiqiçiləri təqdim edir.
Cim Morrison
Sıralamanın ilk pilləsində məşhur “The Door” rok qrupunun solisti Cim Morrison dayanır.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
1971-ci ildə rok-ulduz öz dostu Pamela Kurson ilə dincəlmək və şeir kitabı üzərində işləmək üçün Parisə yola düşüb. Tətil ərəfəsində hamam otağının vannasında cəsədi tapılıb. Rəsmi məlumatlara görə Morrisonun 3 iyun 1971-ci ildə Parisdə ürək tutmasından öldüyü deyilir. Ancaq onun ölümünün əsl səbəblərini heç kim bilmir.

Cimi Hendriks
Sıralamanın ikinci pilləsində məşhur amerikan gitaraçısı və müğənnisi Cimi Hendriks qərarlaşır.
O, 18 sentyabr 1970-ci ildə Londonda “Səmərqənd” otelində ölü tapılıb. Ölümünə səbəb yüksək miqdarda içki və qəbul eləmiş olduğu yuxu həbləri olub.

Cenis Coplin
“Klub 27”-nin digər məşhur siması isə caz musiqisinin anası sayılan Cenis Coplindir. O, 1970-ci il 4 oktyabrda yüksək dozalı heroindən dünyasını dəyişib.

Kurt Kobeyn
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Sıralamanın 4-cü pilləsində məşhur “Nirvana” qrupunun solisti Kurt Kobeyndir.
Həyat yoldaşı ilə birlikdə narkotikdən qurtulmaq üçün müalicə olunmağı qəbul etmiş Kobeyn 48 saat sonra klinikanı tərk edib. O, 6 gün sonra evində tüfənglə intihar edib.
Hadisə yerinə gələn kriminalistlər belə qənaətə gəldilər ki, Kurt aprelin 5-də ölüb və cəsəd 3 gün hadisə yerində qalıb.
Cəsədin tapılmasından 2 gün sonra o kremasiya olunub.

Klubun növbəti üzvü mahnıları ilə hamının ürəyinə yol tapan Emi Uaynhausdur.
O, 2011-ci il 23 iyulda yüksək miqdarda içkidən zəhərlənərək sevənlərinə vida edib.

Leyla Əfqan
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər