“26-lar” kafesi yenidən açıldı - Adı dəyişdi (Fotolar)
Azərbaycan Yazıçılar Birliyinin qərərgahında yerləşən “26”-“Twenty six” kafesi başqa adda fəaliyyət göstərəcək.
Minval.info-nun məlumatın görə, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza bildirib ki, rəhbərliyin yeni qərarına əsasən sözügedən obyekt bundan sonra da restoran-kafe kimi fəaliyyət göstərəcək.
Restoran-kafenin adı isə “13 CLUB”dur.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” yaxınlığında, Xaqani küçəsində yerləşən Azərbaycan Yazıçılar Birliyinin nəzdində olan və icarəyə verilmiş “26” – “Twenty six” kafesi qalmaqallı şəkildə bağlanmışdı. Obyektin bağlanmasına səbəb “26 – Bakı komisarı”nın adını daşıması göstərilmişdi. Belə ki, Bakı Şəhərinin sabiq meri Hacıbala Abutalıbov, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizov və polis əməkdaşlarının iştirakı ilə kafenin adı sökülmüş, icarəyə götürən şəxs isə həbs olunmuşdu.
Foto: hafta.az


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"