24 yaşayış məntəqəsində su problemi həll ediləcək
Prezident İlham Əliyev “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
“Minval” xəbər verir ki, sərəncama əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə əhalisi 65 122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 ədəd subartezian quyusunun qazılmasını təmin etmək tapşırılıb.
Bu Sərəncamda göstərilən məqsədlər üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 756 min manat ayrılıb.
Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahını təqdim edirik:
| Sıra
№-si |
Rayonun
adı |
Quyuların
sayı, ədəd |
Yaşayış məntəqələrinin adı | Əhalinin sayı, nəfər |
| 1 | Balakən | 1 | Sarıbulaq kəndi | 2631 |
| 2 | Beyləqan | 1 | Mil qəsəbəsi | 2456 |
| 1 | Milabad qəsəbəsi | 2465 | ||
| 1 | Yeni Mil qəsəbəsi | 2313 | ||
| 3 | Bərdə | 1 | Xanxanımlı kəndi | 398 |
| 1 | İkinci Nazırlı kəndi | 817 | ||
| 1 | Kələntərli kəndi | 2100 | ||
| 4 | Biləsuvar | 1 | Təzəkənd kəndi | 1879 |
| 5 | Cəlilabad | 1 | Üçtəpə kəndi | 8179 |
| 6 | Goranboy | 1 | Xınalı kəndi | 1018 |
| 1 | Yolqulular kəndi | 819 | ||
| 7 | Kürdəmir | 1 | Şilyan kəndi | 5436 |
| 8 | Quba | 1 | Vladimirovka kəndi | 3230 |
| 9 | Neftçala | 1 | Xol Qarabucaq kəndi | 2724 |
| 1 | Şabran | 1 | Çölquşçu kəndi | 901 |
| 1 | Pirəmsən kəndi | 862 | ||
| 1 | Şəmkir | 1 | Dəllər Cırdaxan kəndi | 3145 |
| 2 | Tərtər | 1 | İsmayılbəyli kəndi | 1549 |
| 1 | Sarov kəndi | 1870 | ||
| 1 | Səhləbad kəndi | 2142 | ||
| 3 | Ucar | 1 | Qazyan kəndi | 6868 |
| 4 | Yardımlı | 1 | Mirimli kəndi | 1642 |
| 5 | Zaqatala | 1 | Aşağı Tala kəndi | 7304 |
| 1 | Göyəm kəndi | 2374 | ||
| Cəmi: | 24 | 24 | 65 122 | |
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır