“Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumat təəccüb və təəssüf doğurur”

“Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur”.
“Minval.info” xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.
Qurum rəsmisi bildirib:
“Belə ki, haqqında bəhs olunan hadisə Azərbaycan Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiyanın Sülhməramlı kontinqentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb. Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub. Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyildir.
Azərbaycan tərəfi üçtərəfli bəyanatın müddəalarına ciddi riayət etməklə ölkəmizin qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məxfi xidmətin əməkdaşı Cey Di Vensin səfərlərinə dair məlumat sızdırıb?
Peskov İranla bağlı sualdan QAÇDI
Lavrov Ukrayna sualından belə yayındı
Rubio Beynəlxalq Cinayət Məhkəməsini sərt tənqid etdi
Zelenski Trampın elçiləri ilə müharibəni müzakirə etdi
Tramp: İran yeni nüvə obyekti yaratsa, dərhal vuracağıq
Tramp xəbərdarlıq etdi: ABŞ hökuməti sentyabrda fəaliyyətini dayandıra bilər