20 Yanvar günü bu yollar bağlı olacaq
20 Yanvar faciəsinin ildönümü ilə bağlı bağlanacaq küçələrin adları açıqlanıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polkovnik Vaqif Əsədov açıqlamasında bildirib ki, 20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlamanet prospetki ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə olunması, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Bizdən soruşan da yoxdur ki, burada ev tikmək olar, ya olmaz”
Azərbaycanda daha bir yüksək vəzifəli məmur işdən çıxarıldı
Eldar Mahmudovun 5 milyardını ölkədən çıxaranların vəkilləri çıxış etdi
Ali Məhkəmə Mehman Hüseynov barəsində qərar verdi
Qurban bayramında neçə gün iş olmayacaq?
Azərbaycanda bir məhkəmənin 4 hakimi koronavirusa yoluxub
Prezident sərəncam verdi