Öncədən xəbərdarlıq edim ki, bu yay tətilini Çində keçirmək istəyirsinizsə, xüsusilə də Yulin bölgəsində,qətiyyən oraya ayaq basmayın.

Onlar kürəyi günəşə baxan hər şeyi yeyirlər.

Qazet.az“Yeni dünya düzəninə xoş gəldiniz”! adlı araşdırmanı təqdim edir.

Yay aylarında Çinin Yulin bölgəsində it əti festivalı keçirilir. Yəni, bir il ərzində bəsləyib böyütdükləri itləri festivalda kəsib yeyirlər.
It əti festivalı barədə Çin höküməti dəfələrlə qadağa qoymağına baxmayaraq (2009-cu ilə qədər qadağan edilmişdi) ancaq bölgənin əhalisi gizli-gizli it əti yeməyə davam edir. Statistikaya görə bu il 20 min it ətinin yeyildiyi qeydə alınıb.
Çinin bu əyalətdindən hürkdünüzsə “Metro” dərgisinin növbəti səhifəsindəki məqaləyə göz ataq. İngiltərədə yaşayan Yılmaz Bora adlı şəxs “Primeval foods” şirkətinin sahibidir. Bu şəxs insanlara heyvan əti yedizdirir. Ancaq necə heyvan?!

Hətta birazdan bəhs edəcəyim qeyri-adi ət növlərini baha qiymətə satır. Bunu etmək üçün isə rəsmi sənədlərdə icazəsi belə var.
Satdığı heyvan ətləri isə timsah, fil, şir, leopard və başqa vəhşi heyvanlardır.

Ancaq düşündüyünüz kimi bu heyvanları qəssab kimi önünə qoyub kəsmir. Labaratoriya yaradan Yılmaz Bora heyvanların müəyyən hissəsindən iynə ucu boyda aldığı kök hüceyrələrlə (bunu insan üzərində də tətbiq ediblər) bir boşqab, bir masa ət istehsal edirlər. Hətta bunu xərçəng toxumalarının çoxalma texnikası ilə həyata keçirirlər.

Yılmaz Bora reportajında qeyd edir: “Müştərilər mənim istehsal etdiyim ətlərdən çox məmnundurlar. Müştərilərim artmaqda davam edir. Gələcəkdə süni ət həqiqi ətin yerinə keçəcək. Məqsədimiz vegeteriyanlara da ət yedirtməkdir. Bizim istehsal etdiyimiz ət daha keyfiyyətli, protein, dəmir və kalsiumla zəngindir. Ən əsası isə heç bir şəkildə bu ətdə bakteriya əmələ gəlmir. Bu cür ekzotik ətin sağlamlıq üçün faydası çoxdur. Bu daha çox insana çatmalıdır. Əhliləşdirilmiş heyvanların önünə keçdik. Çünki əhliləşdirilmiş heyvanlar asan idarə edildiyi və təhlükəsiz olduğu üçün bu əti daha asan əldə edirlər. Əgər timsah, fil, şir itaətkar heyvanlar olsaydı onları da qida rasionumuza əlavə edə bilərdik. Zehini və cinsiperformansımızı artırmaq üçün xüsusilə fil əti ilə qidalanmalıyıq. Hətta uşaqlardakı sümük problemlərini aradan qaldırmaq üçün həftədə 2 dəfə fermada əhliləşdirilmiş şir ətini tövsiyyə edirəm”.

Elm bu açıqlamanın qarşısında hələ də susqundur. Qəribə bir dünyaya doğru yol almışıq. Dünya Kənd Təsərrüfatı Təşkilatı yaxın günlərdə maraqlı bir açıqlama vermişdi. “Dünya aclığa doğru gedərkən, yeyilməsi vacib olan, bütün ətlərin başında gələn böcəklər istifadə olunmalıdır. Xüsusən də bəzi ölkələri işğal edən çəyirtkələr yeyilməlidir. Çünki həm dadlıdır həm də məhv olunmalıdır. İnsanları buna alışmalıdır. Afrikadakı aclığa da bu yolla son qoymaq mümkündür”.

Dünya İqlim Konfransı keçirilərkən böyük baş heyvanların iqlimi korladığı bildirilmişdi. Çində baş verən it əti festivalı ilə bu hadisəni təbii ki, ayırmaq lazımdır. Çünki, Çində baş verən bu hadisənin kökü ta qədimlərə dayanır, ənənəvi bir hal alıb. Ancaq Çindəki əhalinin dediyi bu ifadə insanı qorxuya salır. “Kürəyi günəşə baxan hər şeyi yeyə bilərik” İnsanın da kürəyi günəşə doru deyilmi?!

Hətta bəzi araşdırmalarda Yulin əyalətinə turist kimi gedən kök insanlara yerlilər potensial qida gözü ilə baxır. İnsanoğlu ac qalarsa hər şeyi yeyə bilər. Bu xislətimizdə var. Tarixən öz həmcinsini yeyən hannibalları da bilirik. Görünən odur ki, qida rasionumuzu yaxın gələcəkdə tamamilə dəyişə bilər. Bununla genetikamızın alışdığı bir sistemi pozula bilər. Hətta dediklərinə görə gələcəkdə bu süni ətləri daha çox kütləyə çatdırmaq üçün tərkibini daha keyfiyyətsiz edərək qiymətini ucuzlaşdıracaqlar.
Yeni dünya düzəninə xoş gəldiniz!