2 əsrlik Zaqatala qalasında gördüklərimiz: Çar Rusiyasının işğalını ilan təhlükəsi əvəzləyib - FOTO
Azərbaycanın hər bir guşəsi böyük turizm potensialına malik olmaqla yanaşı, özündə sirli-sehirli tarixi yaşadır. Belə bölgələrdən biri də Zaqataladır. Zaqatala rayonu ərazisində 108 tarixi-memarlıq abidəsi var. Rayonun tarixi məkanlardan olan Zaqatala qalasından bəhs edəcəyik. 1830-cu ildə rus generalı Paskeviç tərəfindən tikintisinə başlanılan qalada işlər 1836-cı ilədək davam etdirilib. Qala üçbucaq şəklindədir, iki tərəfi – şərq və qərb hissələri sıldırımdır, yalnız şimal tərəfdən isə yer səviyyəsindədir.
Çar Rusiyası tərəfindən Zaqatala şəhəri ərazisində tikilmiş Zaqatala qalasında toplarla təchiz edilmiş qarnizon saxlanılıb. Tarixi mənbələrdə qeyd olunduğu kimi, Zaqatala qalası çar hakimiyyətinə qarşı bir sıra kəndli çıxışlarının, qiyamların yatırılmasında əsas dayaq məntəqəsi olub. Həmçinin, çar hakimiyyəti 1905-ci ilin iyununda üsyan etmiş Potyomkin zirehli gəmisinin inqılabçı matroslarını Zaqatalaya sürgün edib və onlar Zaqatala qalasındakı türmədə saxlanılıblar.
1918-ci ildə Musavat hakimiyyəti zamanı Zaqatala qalasında Əhməd bəy Dibirovun komandan olduğu Musavat piyada polku yerləşdirilib. Həmin dövrdə məşhur türk sərkərdəsi Nuru Paşanın komandanı olduğu ordunun bir bölüyü də bu qalada dislokasiya olunub. Sovet hakimiyyəti illərində isə banditizmə qarşı mübarizə aparan çekistlərin Dövlət Siyasi İdarəsi bura köçürülüb. Sonralar qala ərazisində azyaşlıların islah olunması üçün təcridxana, habelə bir çox idarə və müəssisə fəaliyyət göstərib. Ötən əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə qalada daxili qoşunların “N” saylı hərbi hissəsi yerləşdirilib.

Zaqatalaya getmişkən, bu ünvana növbəti dəfə baş çəkmək istədik. Xatırladaq ki, illər öncə bu qaladan reportaj hazırlayarkən təəssüfümüzü də ifadə etmişdik, belə unikal tarixi məkanın abadlaşdırılması, bərpası ilə bağlı işlərə ehtiyac olması səbəbindən. Bəs, bu illərdə nələr dəyişib?
Onu da xatırladaq ki, hazırda qala Zaqatala Dövlət Rəsm Qalereyasının ünvanıdır. Zaqatala qalasında saxlanılan matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkinin “Qalada üsyan” romanı əsasında “Yenilməz batalyon” bədii filmi çəkilib. Həmçinin Xalq yazıçısı Sabir Rüstəmxanlının ssenarisi əsasında“Cavad xan” filminin çəkildiyi ünvan da bu tarixi məkan olub. Bu ünvan həm də kinomuza əlavə töhvələr verməyə qadirdi. Üstəlik, turizm potensialı böyükdür…
ƏLAQƏLİ
Xankəndindən video-reportaj! Azadlıq Radiosunun erməni xidməti görün nələr çəkib - VİDEO

Qalanın giriş hissəsində müəyyən işlər həyata keçirilsə də, qala divarları daxilində dəyişən bir şeylər yoxdur, təəssüf ki…
Düzdür, Zaqatala qalası tarixi abidə kimi dövlət tərəfindən qorunur. Amma…
ƏLAQƏLİ
Keçmiş qudaların davası: “500 minlik məhkəmə qalmaqalı”nın ilginc detalları - Video
Qalanın qapısından içəri keçəndə 3 nəfər turistlə qarşılaşırıq. Qarşı tərəfdə bələdçi ilə rastlaşırıq və bilet götürməyi təklif edir. Bilet aldıqdan sonra Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı Rasim Ələsgərov bizə müəyyən məlumatları verir.
“Zaqatala Tarix-Mədəniyyət Qoruğu ilk dəfə olaraq 1984-cü ildə Nazirlər Sovetinin qərarı ilə təşkil olunub. Qoruq əsasən, Zaqatala qalasının yerləşən Zaqatala qalasının bazası əsasında formalaıb. Zaqatala qalasının əsası ilk dəfə olaraq 1830-cu ildə rus generalı Paskeviç tərəfindən qoyulub, 1836-cı ildə onun tikintisi dayandırılıb. Qalanın üç qapısı var. Bayaq siz girdiyiniz zabit qapısıdır, əsgər qapısıdır, bir də aşağıdan görəcəyiniz nəqliyyat qapısıdır. Hər bir qapının özünəxas xüsusiyyəti var. Zabit qapısından zabit ailələri keçərkən içəri gedərkən istifadə ediblər. Əsgər qapısından təlimlər zamanı istifadə olunub. Nəqliyyat qapısından isə silah-sursatın və yaxud da geyimin, hər hansı bir sənaye mallarının gətirilməsi, əsgərlərin giriş-çıxışı üçün istifadə edilib”.

R.Ələsgərov əlavə etdi ki, qalanın ərazisi 11,5 hektardır. Qalada indiyə kimi 56 abidə olub: “Hal-hazırda 26 abidə mövcuddur. Yəni bir çox abidələr sovet dönəmində sökülü. Qalanın tikilməsində üç məqsəd daşıyırdı. Qalanın tikilməsi məqsədlərindən biri ondan ibarət idi ki, Dağıstanda baş verən İmam Şamil hərəkatı bu tərəfə keçməsin. İkincisi, çar Rusiyası yerli camaatı istismar etsin. Üçüncüsü, Tiflis hərbi yolunu nəzarətdə saxlamaqdan ötrü qala inşa olunub. Qala özü üçkünc formadadır. Coğrafi mövqeyinə görə, əsasən elə bir yerdə tikilib ki, qalanın alınması qeyri-mümkün idi”.
Qoruğun əməkdaşı qeyd etdi ki, Zaqatalada baş verən 1830 və 1867-ci il üsyanları barədə də danışdı. Bildirdi ki, həmin vaxt üsyançılar qalanı tutmağa cəhd ediblər və qalanı tutduqdan sonra müəyyən bir müddət onu öz əllərində saxlayıblar. Əsasən, yerli əhalidən ibarət olan üsyançılara rus zabitlərinin içərisində olan polyak əsilli zabitlər də kömək eldiblər.

Rusiyada 1905-ci il inqilabı baş verəndə Qara dənizdə Potyomkin gəmisində üsyan baş verir. Üsyandan sonra gəmidəki matroslar Zaqatala gəmisinə sürgün edilib. Buradakı saxlanma şəraiti də onları razı salmır və qərara gəlirlər ki, qarnizon rəisini öldürsünlər. Qarnizon rəisini öldürən ukraynalı Dımeşko olur. Həmin şəxsin qəbri Zaqataladakı Heydər Əliyev parkında yerləşir. Biz 100-200 il bundan əvvəlki hadisələri nəzərə alsaq, görərik ki, həqiqətən buralar tarixi yerlərdir”.

R.Ələsgərov bildirdi ki, Zaqatala qalasının tikintisi rus işğalının möhkəmlənməsinə, yerli əhalinin əsarətdə saxlanılmasına səbəb olsa da, 1830-cu ildən sonra da Zaqatalada şəhər həyatı başlayıb. Zaqatalada ilk abad yollar tikilib və daha sonra şəhər genişlənib: “Zaqatalanın dörd küçəsi ilk dəfə qala salınanda abadlaşıb”.
ƏLAQƏLİ
Xankəndindən video-reportaj! Azadlıq Radiosunun erməni xidməti görün nələr çəkib - VİDEO

Qoruğun əməkdaşı qala divarlarına yaxın ərazidəki kilsə haqqında da danışır. Bildirir ki, işğaldan sonra ruslar kilsəni alban kilsəsinin qalıqları üzərində 1830-cu ildə tikiblər.
Qalanın və kilsənin təmiri ilə ilə bağlı soruşduqda, R.Ələsgərov deyir ki, abadlaşdırma prosesinə başlanılması gözlənilir: “Təmir ediləcəyini deyiblər. Biz də istəyirik ki, təmir olunsun. Çünki Zaqatala qalasının tarixi başqa yerlərin tarixinə bənzəmir, fərqlidir. Həmçinin alban kilsəsi də bizim tariximizdir”.
ƏLAQƏLİ
Keçmiş qudaların davası: “500 minlik məhkəmə qalmaqalı”nın ilginc detalları - Video

Qaladan Dağıstana doğru, Şamil dağına tərəf məsafə 20 km-dək məsafə var: “Qala tikiləndə yeraltı yollar, tunellər də tikilib. Sonradan tunelin üstünü örtüblər”. Bələdçimiz deyir ki, bu qalanın və tunellərin tədqiqi və təmiri tariximizin çox mühüm mərhələsinə işıq sala bilər.
Beləliklə, Azərbaycan tarixinin sirlərlə dolu daha bir ünvanıdır Zaqatala qalası, həmçinin baxımsız vəziyyətdə qalmış, sahibini gözləyən alban kilsəsi. Qalanın bütün ərazisini dolaşırıq, üsyançıların saxandığı həbsxanaya, zabit və əsgər kazarmasına, zabitlərin ailələri üçün tikilmiş binaya, top qalıqlarına, rus kilsəsinə baxırıq. Amma içəri girmək, asfaltdan kənara çıxmaq çox qorxuludur. Xanım bələdçi deyir elə dünən onların iş yoldaşları tikilidə zəhərli ilan görüb…Turistlər və əməkdaşlar üçün çox təhlükəlidir belə vəziyyət. Ən azı ot basmış qala divarlarının içərisində zərərvericilərə qarşı mübarizə aparılmalıdır ki, peşmançılıq olmasın. Belə füsunkar gözəlliyə malik, turizm üçün böyük potensialı olan bir məkanda tarixin sirli-sehrli ünvanlarına sahib çıxmaq, təmir – tədiqiq edib, özümüzə və dünyaya təqdim etmək lazımdır, ümid edirik ki, müvafiq qurumlar hərəkətə keçəcək…
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"15 hərbçi yanğından əvvəl öldürülmüşdü"
LAÇINda çörək satan qazi : "Mən bura qazanc dalınca gəlməmişəm...
İranın Turan qapısı qorxusu, iğtişaşların, təlimlərin pərdəarxası - REPORTAJ