Coşqun Əliyev İsveçrədə qızıl medal qazandı
Azərbaycanın deflimpiya cüdoçusu Coşqun Əliyev İsveçrənin Lozanna şəhərində keçirilən ‘Ecole Mont-Olivet Deaf Judo Masters Top 18’ turnirində qızıl medal qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı dairəvi sistem üzrə keçirilən yarışda üç görüş keçirib. İlk görüşündə 2025-ci il deflimpiya çempionu, braziliyalı Dantes Pedro ilə qarşılaşan C.Əliyev rəqibini 2:0 hesabı ilə məğlub edib. İkinci görüşdə qazaxıstanlı Aktınberk Kakitayevə 0:1 hesabı ilə uduzsa da, son qarşılaşmada türkiyəli Nurullah Dündarı ipponla məğlub edərək turnirin qalibi olub.
Minval.info xəbər verir ki, bu nəticə ilə Coşqun Əliyev ‘Masters Top 18’ turnirinin ilk azərbaycanlı qalibi kimi tarixə düşüb. Bu uğur, eşitmə qabiliyyəti məhdud idmançılar arasında Azərbaycan cüdosunda daha bir ilkə imza atılması deməkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib