Ermənistanın yeni diplomatik hədəfləri açıqlandı
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, ölkəsinin yeni diplomatik hədəflərini açıqlayıb. İrəvanda keçirilən toplantıda, Ermənistan Xarici İşlər Nazirliyinin mərkəzi aparatının rəhbərliyi və xaricdəki diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.
Minval.info xəbər verir ki, konfransda çıxış edən Ararat Mirzoyan, Ermənistan Respublikasının diplomatik xidmətinin yeni bir mərhələyə qədəm qoyduğunu bəyan edib. O, mövcud reallıqlar fonunda ölkənin qarşısında duran çağırışların və imkanların tamamilə fərqli olduğunu vurğulayıb.
Mirzoyan, diplomatik korpusun əsas vəzifəsinin Ermənistanın müstəqilliyini və dövlətin dözümlülüyünü gücləndirmək olduğunu, eləcə də qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması prosesində iqtisadi potensialdan tam istifadə etməyin vacibliyini qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı