Ajmedia.news qanunsuz fəaliyyətinə görə ifşa edildi
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəzi informasiya resurslarının qanunsuz fəaliyyət göstərməsi ilə bağlı bəyanat yayımlayıb. Bu bəyanatda qeyd olunur ki, ölkədə fəaliyyət göstərən bütün media subyektləri “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Media Reyestri” İnformasiya Sistemində qeydiyyatdan keçməlidir.
Minval.info xəbər verir ki, bəyanatda “Ajmedia.news” adlı veb-saytın özünü Azərbaycan Yəhudi Media Mərkəzi kimi təqdim etdiyi, lakin “Media Reyestri”ndə qeydiyyatda olmadığı bildirilir. Həmçinin, bu resursun media etikası tələblərinə riayət etmədiyi və məhkəmə tərəfindən qanunsuz fəaliyyət göstərdiyi qərara alınmışdır.
Medianın İnkişafı Agentliyi bir daha vurğulayır ki, bütün media subyektləri qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməli və ictimaiyyətə öz hüquqi və peşəkar statusu, fəaliyyət istiqaməti və təmsilçilik xarakteri barədə şəffaf məlumat təqdim etməlidirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026