Xətaidə sakinlər çıxarışsız və narazı qalıb
Xətai rayonu, Rüstəm Əliyev küçəsi, 43 ünvanında yerləşən binanın sakinləri mənzillərə çıxarışın verilməməsi və kommunal xidmətlərin qeyri-əhali tarifi ilə hesablanması səbəbindən narazıdırlar. Sakinlər bildirirlər ki, 2019-cu ildən mənzillərində məskunlaşmalarına baxmayaraq, indiyədək qaz və elektrik enerjisi üzrə əhali abonenti kimi qeydiyyata alına bilməyiblər. Bu səbəbdən kommunal xidmətlərə görə ödənişlər qeyri-əhali tarifi ilə hesablanır.
Minval.info xəbər verir ki, sakinlər illərdir aidiyyəti qurumlara müraciət etsələr də, məsələnin həll olunmadığını bildirirlər. Bununla yanaşı, mənzillərə çıxarış almaq da mümkün olmur. Sakinlərdən biri, “Şikayətimiz ‘Ocaq’ MTK ilə bağlıdır. Bina 2019-cu ildə təhvil verilib və hazırda mənzillərin təxminən 80 faizində yaşayış var. Hazırda binanın kommunal xətləri hüquqi şəxsin adına olduğuna görə işıq və qaz üçün ödənişləri qeyri-əhali tarifi ilə edirik və bu da büdcəmizə ciddi zərər vurur,” deyə qeyd edib.
Digər bir sakin isə bildirib ki, “Neçə ildir binaya çıxarış ala bilmirik. Səbəblər çoxdur, tikinti şirkəti kommunal infrastrukturla bağlı öhdəliklərini yerinə yetirməyib. Faktiki olaraq illərdir mülkiyyət sənədi olmadan yaşamaq məcburiyyətində qalmışıq.”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı