190 manat birdəfəlik ödəmələr yaxın günlərdə veriləcək
“Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi yaxın günlərdə təmin ediləcək”.
“Minval.info”nun məlumatına görə, bunu məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək:
“Əlbəttə, təkrar yoxlamadan sonra bu ödənişlər olunacaq. Ola bilər ki, kimsə sahibkarlıq fəaliyyətinə başlayıb, əmək müqaviləsi imzalayıb. Bunlar hamısı araşdırılacaq. Bununla da COVİD-19 dövründə yalnız birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq”.
Nazir bildirib ki, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib. Onun sözlərinə görə, dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır”.
“Təkcə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımlar üzrə bu ilin 7 ayında 2,3 milyondan çox şəxsə 3,3 mlrd. manata yaxın vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən tərqibən 30 faiz çox olmaqla 719 milyon manat çoxdur. Sosial təminat sistemi ilə əhatə olunanların da sayı 130-150 min nəfər artıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır