Rauf Arifoğlu: "Rəqibim seçkini pozmağa çalışır, amma onun özü də, adamları da qapının çölündə qalacaqlar" - VİDEOLAR, FOTOLAR
35 saylı Xətai üşüncü seçki dairəsində səsvermə prosesi davam edir.
Havanın soyuq olmasına baxmayaraq, seçicilər erkən saatlardan başlayaraq, dəstəklədikləri namizədə səs vermək üçün seçki məntəqələrinə gəlməkdədirlər.
Seçki məntəqələrinə gələn seçicilərin əksəriyyətinin Rauf Arifoğluna səs verdikləri müşahidə edilir. Onların bir çoxu Rauf Arifoğluna səs verdiklərini qətiyyən gizlətmirlər.
ƏLAQƏLİ
Səfa Mirzəyev: “Lazım olarsa, Milli Məclisin növbədənkənar iclasları keçiriləcək”
Deputatlığa namizəd Rauf Arifoğlu özünün facebook səhifəsində ona səs verən seçicilərlə bağlı video paylaşıb: “İlk seçicilər… Siftə bizə gəldi, əminəm! Əllərində mənim platformamla gəliblər!”
Sağ ol, Seyid!
Sağ ol, Əbilovlu Xəlil!”


ƏLAQƏLİ
Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini müzakirə edib - VİDEO - YENİLƏNİB
Amma seçki məntəqələrində bəzi xoşagəlməz olayların baş verdiyi barədə məlumatlar da mövcuddur.
Belə ki, müşahidəçilərin deputatlığa namizəd Rauf Arifoğlunun seçki qərargahına verdiyi məlumata görə, İqbal Ağazadənin adamları bəzi seçki məntəqələrində səsvermə prosesini pozmağa çalışıblar.
Amma məntəqə seçki komissiyasının üzvləri səsvermə prosesini pozmaq istəyənlərin qarşısını alıblar. Seçkini pozmağa çalışanlar səlahiyyətli şəxslər tərəfindən seçki məntəqəsindən uzaqlaşdırılblar.
ƏLAQƏLİ
Sabah Konstitusiya Məhkəməsi seçkilərlə bağlı yekun qərarını açıqlayacaq
İqbal Ağazadənin adamlarının seçki məntəqələrindəki qanunsuz davranışlarına münasibət bildirən Rauf Arifoğlu vurğulayıb ki, seçkini pozmaq istəyənlərin hamısının sonu elə belə olacaq: “Rəqibimin adamları aranı qatıb, seçkini pozmaq istəyirlər! Amma onların hamısının sonu belə olacaq! Rəqibim də, onun adamları da qapının çölündə qalacaqlar”.
Musavat.com
ƏLAQƏLİ
Səfa Mirzəyev: “Lazım olarsa, Milli Məclisin növbədənkənar iclasları keçiriləcək”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi seçkilərin nəticələri ilə bağlı QƏRAR VERDİ
Sabah Konstitusiya Məhkəməsi seçkilərlə bağlı yekun qərarını açıqlayacaq
MSK seçkini yekunlaşdırdı - bəs namizədlər?
2 məntəqədə səsvermənin nəticələri ləğv edildi
MSK bu həftə seçkilərə yekun vuracaq