15 yaşlı Azərbaycan məktəblisi dedektiv kitab yazdı - FOTO
“Qələm” nəşriyyatı Azərbaycanın yeni dedektiv yazarını təqdim edib.
Minval.info xəbər verir ki, nəşriyyatda Elgün Eyyubovun “Gizli şahid” kitabı nəfis, eyni zamanda olduqca maraqlı tərtibatla çapa hazırlanıb və işıq üzü görüb.
Londonun sayılıb seçilən iş adamlarından Con Ueldon özü üçün əlamətdar bir gündə dəhşətli xəbərlə sarsılır: onun oğlu atasının ad günü ziyafətinə gələrkən qatarda müəmmalı şəkildə qətlə yetirilir. Bundan sonra detektiv dostlar Konsel və Dik sirlərlə dolu cinayətin üstünü açmaq üçün qollarını çirməyirlər. Onlar qatili tapmaqda qərarlıdırlar. Axı bu, sadəcə, dedektiv dostların peşəsindən irəli gələn vəzifəsi deyil, həm də, oğlunun qətlinə dözə bilməyib intihar edən Con Ueldon qarşısında mənəvi borcudur.
Beləliklə, gənc yazarın əsəri ilk baxışda dedektiv janrına xas ənənəvi süjetlə başlayıb, sonradan özünəməxsus gözlənilməzlikləri ilə davam edir. Əsər eyni zamanda, onun müəllifinin timsalında çağdaş Azərbaycan dedektiv ədəbiyyatına yeni və istedadlı bir imzanın gəlişindən xəbər verir.
Onu da deyək ki, “Gizli şahid” E.Eyyublunun ilk kitabı olmaqla bərabər, həm də öz qəhrəmanları – mahir dedektiv Konsellə dostu Dikin iş macəralarından ibarət seriyasından ilk əsəridir.
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Ən maraqlısı isə odur ki, müəllifin cəmi 15 yaşı var və məktəblidir. Belə ki, 8 sentyabr 2005-ci ildə doğulan E.Eyyubov paytaxtın Paşa Nəzərov adına 60 nömrəli orta məktəbində oxuyur.
Minval.info


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər
