01.09.2018 - 09:56
Siyasət 17 baxış

120 dünya lideri Bakıda toplaşacaq

Azərbaycan üzv dövlət kimi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) 2018-ci ilin ikinci yarsından sədrlik funksiyasını həyata keçirir. Ona görə Azərbaycan bu ilin dekabr ayında bu xətlə QDİƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcək.

Bunu açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi bildirib ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına – dünyanın 120 ölkəsinin təmsil olunduğu bir təşkilata sədrlik funksiyasını yerinə yetirəcək.

“Sədrlik funksiyası çərçivəsində Hərəkatın 18-ci sammiti gələn ilin aprelində Bakı şəhərində keçiriləcək. Bu sammitə 120 ölkənin dövlət və hökumət başçıları qatılacaq. Onu da xatırladım ki, sədrliyə hazırlıq prosesinin tərkib hissəsi kimi bu ilin 2-6 aprel tarixlərində Azərbaycan Hərəkatın xarici işlər nzirlərinin aralıq toplantısına ev sahibliyi etdi, orada yekun bəyanat qəbul olundu.

Nəzərə almaq lazımdır ki, bu Hərəkat BMT-dən sonra dünya dövlətlərinin cəmləşdiyi və çox geniş bir coğrafiyanı əhatə edən ən böyük beynəlxalq formatdır. Azərbaycan bu qurumun üzv dövlətlərindən biri kimi onun ən fəal üzvlərindəndir”, – deyə H.Hacıyev əlavə edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: