Dəmir yolunda yeni xidmət – Bir məlumatın qiyməti 1 manatdır - FOTO
Bakı Dəmiryol Vağzalının tranzit kassasında verilən hər bir məlumata görə 1 manat məbləğində xidmət haqqı tətbiq edilir.
Minval.info xəbər verir ki, bu barədə sərnişinlər “report”a bildiriblər. Onların verdiyi məlumata görə, həmin xidmət haqqı 1 aprel 2019-cu ildən tətbiq olunur.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, Bakı sərnişin vağzalında yerləşən tranzit kassada Rusiyadan, Ukraynadan və Gürcüstandan Bakıya gələn sərnişin qatarlarına, eyni zamanda Rusiya Federasiyası daxilində hərəkət edən sərnişin qatarlarına bilet satışı həyata keçirilir:
“Həmin kassadan məlumat alan vətəndaşdan tələb olunan 1 manat bilet kassiri tərəfindən ona verilən geniş yazılı məlumata görə xidmət haqqıdır və bunun müqabilində vətəndaşa ödəniş qəbzi verilir.
Əgər vətəndaş gün ərzində sorğu elədiyi bileti alarsa, ödəmə qəbzini təqdim etdiyi halda həmin 1 manat vətəndaşa qaytarılır”.

Qeyd edək ki, tranzit kassa Rusiya və Gürcüstan dəmir yolları ilə müqavilə əsasında vətəndaşlara bilet satışı üzrə xidmət göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident Fərman imzaladı
DİN-dən bank kartları ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ
Prezident "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində
Agentliyin sədrinə yeni vəzifə verildi
TƏCİLİ: Səfir XİN-ə çağırıldı, Azərbaycan Rusiyaya NOTA VERDİ