17.05.2019 - 08:08
İqtisadiyyat
21 baxış
Bank hesabını onlayn açmaq mümkün olacaq - Azərbaycanda ilk
Yaxın zamanlarda Azərbaycanda evdən çıxmadan, onlayn bank hesabı açmaq mümkün olacaq.
Minval.info Trend-ə istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemləri sektorunun müdiri Tamerlan Rüstəmov deyib.
O qeyd edib ki, bununla bağlı olaraq Palata Mərkəzi Bankla danışıqlar aparır:
“Bu prosedur üç əsas məqsədi əhatə edir – transformasiya, inklüzivlik, rəqabət”.
T.Rüstəmov əlavə edib ki, fiziki şəxslər bir neçə üsulla bank hesabı aça bilər:
“Birinci yanaşma bank hesabının bankın proqram təminatından istifadə olunması ilə açılmasıdır. Digər yanaşma isə, bank hesabının videoəlaqə vasitəsilə açılmasını nəzərdə tutur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
19.10.2026 - 14:03
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
13.10.2026 - 10:14
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
12.10.2026 - 16:54
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
12.10.2026 - 15:04
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
12.10.2026 - 14:24
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
12.10.2026 - 13:44
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi
12.10.2026 - 13:34
Çexiya Bakıda tramvay xətlərinin çəkilişində iştirak etmək istəyir
12.10.2026 - 11:24