11 futbolçu həbs edilib - Səbəb - Fotolar
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya qarşı Mübarizə Agentliyi danışılmış matçlarda iştirakda şübhəli bilinən səkkiz futbolçunu və üç keçmiş oyunçunu saxlayıb.
“Report” xəbər verir ki, bu barədə xidmətin rəsmi saytında bildirilir.
Qeyd edilir ki, saxlanılan keçmiş futbolçular Vaxtanq C, Laşa Ç. və Nika D-dır. Həmçinin İrakli X, Robert İ, İraki B, Coni Ş, Georgi Q, Nikoloz M, Paata Qx, və Nodar K. saxlanılıb. Onlar “Quriya Lançhuti”, “Çiatur”, “Vit Corci” komandalarının oyunçularıdır.
İstintaqın məlumatına görə, futbolçular mütəşəkkil cinayətkar qrupdan pul vəsaitlərinin alınması müqabilində matçları qəsdən uduzublar. Oyunçular 93,5 min lari (34 dollardan çox) alıblar.
Bu əməllərinə görə onları 4 ildən 6 ilə qədər həbs cəzası gözləyir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı



