Metroda yenilik- Fiziki məhdudiyyətli sərnişinlərə şad xəbər - Fotolar
Fiziki məhdudiyyətli şəxslər üçün metroda yeni bir xidmət istifadəyə verilib. Onlar öncə metrodan istifadə edəcəklərinə dair sifariş verirlər. Daha sonra sifarişlərinə uyğun olaraq onlara təhkim olunan könüllülər onları qarşılayıb metro daxilində hərəkətlərini təmin edirlər.
Minval.info xəbər verir ki, artıq bir necə aydır könüllü kimi çalışan Emil Verdiyev işinin asan tərəfləri ilə yanaşı, bəzi çətinliklərinin də olduğunu bildirir. Amma bununla belə, o, köməyə ehtiyacı olanlara yardım etməkdən qürur duyduğunu deyir.
Metroda könüllülərin yardımından faydalanmaq üçün sifarişi “bakumetro” mobil aplikasiyasından və ya metropolitenin rəsmi saytından istifadə etməklə vermək mümkündür. Xidmət isə tamamilə pulsuzdur.
Layihə bənövşəyi xətdən başqa, bütün metrostansiyaları əhatə edir. Sadəcə olaraq 07:30-dan 9:00-dək və 17:00-dan 19:00-dək, yəni sərnişinlərin sıx olduğu vaxtlarda əlil sərnişinlərin təhlükəsizlikləri nəzərə alınaraq, bu xidmətdən istifadə etmək mümkün olmayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır




