“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
12 il Daşkəsənin icra başçısı işləmiş Əhəd Abıyevin özünə və yaxınlarına məxsus olduğu deyilən əmlakların siyahısı yayılıb.
Minval.info xəbər verir ki, milyonlarla dəyəri olan həmin əmlaklara lüks evlər, villalar, hotel və istirahət mərkəzləri daxildir.
Bakının Nəsimi, Nərimanov, Səbail rayonlarında yerləşən evlər, o cümlədən Badamdar qəsəbəsində üç villa, Milyonerlər məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində evlər, Qaxda, Nabranda, Xaçmazda, Qubada, Masallıda istirahət mərkəzləri, hotellər, bazar, çoxsaylı obyektlər və Daşkəsən və başqa rayonlarda böyük torpaq sahələri… Ümumilikdə isə həmin əmlakların sayı 40-dan çox göstərilir.
Məsələ ilə bağlı Əhəd Abıyev “Qafqazinfo”ya bildirib ki, yazılanlar uydurmadır, onu istəməyən şəxslər tərəfindən qərəzli şəkildə yayılıb. Abıyevin sözlərinə görə, rəhbərlik etdiyi rayon bu qədər əmlak qazanmaq üçün çox kasıb bir yer olub: “Başa düşmürəm, haradandır məndə hotellər, o evlər, villalar? Mən yatmağa-durmağa yer axtarıram. Daşkəsənin icra başçısı olmuşam da, orada nə var? Mən Lənkəranın, Masallının, ya Gəncənin icra başçısı olmamışam e, Daşkəsənin olmuşam. Dağlıq ərazidir, ancaq Xoşbulaq kəndi idi, ora da Daşkəsənin Siciliyası idi. İmkanlı adamlar yaylağa gəlirdilər, hərəsi bir ev almışdı. Kimə nə deyəsən orada? Biri var idi, nə isə deyən kimi deyirdi ki, lazım olar Əhəd Abıyevi 10 dəqiqəyə tutduraram. Qaldı ki, Daşkəsəndə çox şeyi mən eləmişəm.
10 mini olanın atasına lənət. Hamısı məndən pul almaq üçün yazılan şeylərdir. Əvvəllər bəzi adamlar var idi məndən pul alırdı, sakit idilər. İndi yenə başlayıblar. Pensiyada olan adamam, nə verəcəyəm?! İki il əvvəl də yazdılar, məhkəməyə verdim, təkzib yaydılar. Allaha and olsun, heç yerə də getmirəm, evimdə oturmuşam. Lap belə də ki, istirahətə getmişəm. Nə olsun, Əhəd Yessentukiyə, Roqaşkaya ya başqa yerə istirahətə gedə bilməz? Mənim o boyda xidmətlərim olub. Dezertirəm, nəyəm, nə olub ki, mənə?”

Əhəd Abıyevin dediyinə görə, icra başçısı işlədiyi dövrdə onun artıq pul qazanması mümkünsüz olub. Eks-məmur buna əsas səbəbi Prezident Adminstrasiyasının keçmiş rəhbəri rəhbəri Ramiz Mehdiyevlə mübarizəni göstərib: “Kasıb bir rayonda Ramiz Mehdiyevlə vuruşa-vuruşa icra başçısı işləmişəm. Ramiz Mehdiyev heç mənə 1 manat pul qazanmağa imkan vermirdi. Əksinə günü-gündən adamları göndərib məni yoxlatdırırdı. 2003-cü ildən onla vuruşmuşam, əlindən nə pislik gəlibsə, edib”.
Qeyd edək ki, Əhəd Abıyev 2003-2013-cü illərdə Daşkəsənin icra başçısı, daha əvvəllər isə Milli Məclisin depuatı olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şahin Şıxlinski və oğlu müxtəlif cəzaçəkmə müəssisələrinə göndərilib
"Arzum 9999" Almaniyaya gedə biləcək? – Hüquqşünas açıqladı
Arzumun azadlığa buraxılması cəmiyyəti iki yerə böldü – Səbəb
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
VACİB“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi