10 min dollardan artıq götürülən kreditlərə də baxılacaq
“Devalvasiya dövründə fiziki şəxs əlavə nə qədər vəsait ödəyibsə, həmin vəsait əhaliyə qaytarılacaq. Bunlar restrukturuzasiya dövründə məlum olacaq”.
“Minval.info” xəbər verir ki, bunu deputat Vahid Əhmədov Real TV-nin canlı yayımında çıxış edərkən deyib. O, qeyd edib ki, bir neçə müddətdir bu problem müzakirə olunurdu: “Bizim də dövlət başçısından xahişimiz faizlərin silinməsi ilə bağlıdır. Bank sistemi işini sıfırdan qurmalıdır ki, gələcəkdə problemlər olmasın. Çünki hər dəfə cənab prezident belə fərman verməyəcək. Bu, bir şansdır. Ona görə də banklar işlərini düzgün qursunlar.
Bəzən deyirlər ki, hansısa bankları bağlamaq istəyirlər. Mən dövlət rəhbərindən, Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyindən xahiş edirəm ki, bankların bağlanmasına 5 il müddətinə moratorium qoysunlar. Çünki devalvasiyalardan sonra bankların vəziyyəti pisləşib. Onların kapitallaşma və gəlirləri səviyyəsi aşağıdır. Banklar sağlamlaşdırılmalıdır. 10 min dollardan artıq götürülən kreditlərə isə bank tərəfindən yenidən baxılacaq”.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Rusiyadan buğda tədarükünü 4 dəfə artırıb
AZAL 9 ayda 3,3 milyona yaxın sərnişin daşıyıb
Azərbaycan və Kamboca arasında vacib saziş imzalanacaq
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
Türkiyənin ticarət naziri Brüsselə yüksək səviyyəli danışıqlar üçün gedir
Çinli avtomobil istehsalçısı BYD Fransada zavod açmağı planlaşdırır
Pensiyalara 5,8 milyard manat vəsait yönəldildi