Ölümə səbəb olan XƏSTƏLİKLƏR
Dünyada insanlar ən çox ürək-damar və xərçəng xəstəliklərindən dünyasını dəyişir.
Medicina.az bildirir ki, Avropa Kardioloqlar Cəmiyyəti dünyanın müxtəlif bölgələrində apardığı araşdırmalar nəticəsində belə bir qənaətə gəlib.
Avropalı kardioloqların qənaətinə görə, ürək-damar xəstəliklərindən ölənlərin sayı dünyanın həm inkişaf etmiş, həm inkişaf etməkdə olan, həm də inkişaf etməmiş ölkələrində qeydə alınır. Dünyanın inkişaf etmiş ölkələrində isə insanlar daha çox xərçəng xəstəliyindən dünyasını dəyişir. Bu da həmin ölkələrdə tibbin inkişaf etməsi və tibb xidmətinin əhali üçün əlçatan olması ilə izah olunur.
Kardioloqların qənaətinə görə, hansı ölkələrdə ki, səhiyyə lazımınca inkişaf etməyib, səhiyyənin xidməti aşağıdır və əlçatan deyil, o ölkələrdə insanlar daha çox ürək-damar xəstəliklərindən dünyasını dəyişir.
Mütəxəssislərin apardığı araşdırma nəticəsində o da bəlli olub ki, inkişaf etmiş, inkişaf etməkdə olan və inkişaf etməmiş ölkələrdə xərçəngdən ölənlərin sayı demək olar eyni olub.
İsfahan Kardioloji Elmi-Tədqiqat İnstitutunun alimlərinin fikrincə, duzlu olmayan fıstıq və qozdan istifadə ürək-damar xəstəlikləri riskini azaldır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq
Nyu-Yorkda qızılca halları artdığı üçün fövqəladə vəziyyət elan edildi