Fazil Məmmədovun bahalı avtomobilləri əlindən alındı
Sabiq vergilər naziri Fazil Məmmədovun tabeliyində olan 4 ədəd bahalı xarici avtomobil Vergilər Nazirliyinə qaytarılıb.
Həmin maşınlar Fazil Məmmədovun nazirliyə rəhbərlik etdiyi dövrdə şəxsi avtomobillər kimi alınıb. Və daha sonra nazirliyin vəzifəli şəxslərinin istifadəsinə verilib.
Maraqlıdır ki, qeyri-rəsmi olaraq həyata keçirilən bu proses müddətində əsasən nazir müavinlərinin istifadəsində olan həmin “Audi A 8” markalı avtomobillərə görə eks-nazirə yüksək məbləğdə icarə haqqı da ödənilirmiş. Təbii ki, həmin vəsait Vergilər Nazirliyinin büdcəsindən silinib.
ƏLAQƏLİ
VACİBŞagirdin həyatını itirdiyi, jurnalistlərin döyüldüyü 225 nömrəli məktəbin direktoru kimdir?
Nazir müavinlərinin istifadəsində olmuş və Fazil Məmmədovun şəxsi maşınları kimi rəsmiləşdirilımiş “Audi A 8” markalı 10 AS 712, 10 AS 713, 10 AS 714 və 10 AZ 890 dövlət seriya nömrəli avtomobillər hazırda Vergilər Nazirliyinin adına sənədləşdirilir.
Nazirlikdə kadr dəyişikliklərinin də davam edəcəyi bildirilir… Modern.az
ƏLAQƏLİ
VACİBREAL TV ilə Təhsil İdarəsi arasında gərginlik – Jurnalistlərə hücum qalmaqalı böyüyür
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Ramiz Mehdiyevi kimə şikayət edəcəkdi?” – Sərxan Xoşqədəmi müdafiə etdi
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Ayın son günlərində geomaqnit qasırğası gözlənilir
Sabahın hava proqnozu açıqlandı: yağışlı və dəyişkən hava gözlənilir