Arif Əsədov: "Yığmaya görə məşqçilərimiz öz qürurlarını kənara qoymalıdırlar"

Qurban Qurbanovun yığma komandanın baş məşqçisi postundan istefa “verməsindən” sonra millimizə kim başçılıq edəcək? Bu sual hazırda idman ictimayyətinin gündəmimdən düşmür. Xatırladaq ki, hazırda bir neçə tanınmış futbol mütəxəssisimiz işsiz olsa belə milli komandaya əcnəbi məşqçinin rəhbərlik edəcəyi gözlənilir.
Komandamıza kim başçılıq etməlidir- yerli məşqçilərmiz, yoxsa əcnəbi? ATV.az bu sualla hazırda AFFA-da çalışan “Neftçi” və “Sabah” klublarının keçmiş baş məşqçisi Arif Əsədova mürəciət edib.
“Düşünürəm ki, hazırda baş məşqçi əcnəbi olsa yaxşı olar. Axı reallıq elədir ki, Qurban Qurbanov ən yaxşı yerli futbol mütəxəssisi sayılır və əgər o da milli komandamızla uğur əldə edə bilməyibsə, deməli məntiqlə helə qənaətə gəlmək olar ki, heç kəs bunu bacarmayacaq, ya da ən azından, daha çox təzyiqlərə məruz qalacaq. Ona görə əcnəbi məşqçi gəlsə, daha yaxşı və daha effektiv olar. Bizim məşqçilər isə əgər eytiyyac olarsa, millimizə görə öz qürürlarını kənara qoyub, köməkçi-məşqçi kimi komandada çalışa bilərlər.
“Özünüz köməkçi kimi yığmada çalışa bilərdinizmi?” sualına isə A. Əsədovun cavabı belə oldu:
“Şəxsən mənə belə təklif gəlsə ona razı olaram, baxmayaraq ki, köməkçi-məşqçi kimi heç vaxt çalışmamışam. Yenə deyirəm – bu tək mənə aid deyil, hər bir yerli məşqçiyə aiddir – mili naminə qüruru kənara qoyub, komandamıza yardım etmək.”
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da ermənini idmandan ömürlük uzaqlaşdırdılar: görün nələr edib
Zelim Kotsoyev dünya çempionatına qələbə ilə başladı
Azərbaycanın səkkiz boksçusu U-17 Avropa çempionatında yarımfinala yüksəlib
Heyətinə görə ən dəyərli komanda: “Real” artıq tək deyil
AFFA klubda maaşların verilməməsi ilə bağlı yoxlamalar aparır
Ronaldinyo Messiyə: Həyatdan zövq al, qardaş
Rüstəm Orucov: Hidayət Heydərov böyük idmançı olaraq qalır