Abşeronda silahlı şəxs saxlanıldı - FOTO

Bu gün Abşeron Rayon Polis İdarəsinin Mehdiabad polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində üzərində odlu silah gəzdirən şübhəli şəxs saxlanılıb.
Məlumata görə, həmin şəxs Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Mirzəyev Məhəmməd Cavanşir oğludur.
Mehdiabad qəsəbəsində saxlanılan C. Mirzəyev polis bölməsinə aparılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilib, avtomobilin yük yerindən bir ədəd “Kalaşnikov” avtomatı və 30 ədəd patron aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı o, silahı zibil atarkən kanalın yaxınlığında selofan torbada tapdığını bildirib.
Qeyd edək ki, M. Mirzəyev müxtəlif maddələr üzrə yeddi dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Abşeron Rayon Polis idarəsində araşdırma aparılır. (Oxu.Az)

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vyanada 85 yaşlı qadına hücum edildi
Cəbrayılda 26 yaşlı kişi mina partlayışında yaralanıb
Abşeronda hüquqpozmalara qarşı növbəti tədbirlər keçirilib
İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var
Şimali Kipr sahillərində batan gəmidən daha bir cəsəd tapıldı
Kaliforniyada cütlük 14 uşağa qarşı zorakılıqda ittiham edilir
Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həkim həlak oldu