Zülfiyyə aparıcıların qalmaqalına qoşuldu: “Səhvimizlə, doğrumuzla bir-birimizin...”
Aparıcı Zülfiyyə Bayramova bir neçə gündür ATV və İctimai Televiziyanın aparıcıları – Mətanət Əliverdiyeva ilə Azər Aydəmir və Tural Yusifov arasında yaşanan qalmaqala münasibət bildirib.
Minval.info xəbər verir ki, Zülfiyyə instaqram hesabında həmkarlarını bir-birinə dəstək olmağa çağırıb:
“Nə olar, etməyin, eləməyin. Çox az qalmışıq. Biz də bir-birimizi yesək, heç nə qalmayacaq bizdən. Həyat çox qısadır, gəlin, səhvimizlə, doğrumuzla bir-birimizin yanında olaq. Bizim bizdən başqa müdafiəçimiz yoxdur. Hər birimiz çörəyimizi yüz əzab-əziyyətlə qazanırıq. Sevin bir-birinizi, ölümün qapımızı nə vaxt döyəcəyini, başımızın üstünü haçan kəsdirəcəyini bilmirik. Gəlin, elə edək ki, sonda peşman olmayaq. Mən sizi sevirəm”.
Qeyd edək ki, M.Əliverdiyeva proqramına qonaq olan müğənni Manaf Ağayevə “Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan” sualını ünvanlayıb.
Manaf isə “Belə göründüyümə baxma, o vəziyyətə dözən deyiləm. Bir sözə görə baş kəsərəm” deyərək diqqəti üzərinə çəkmişdi.
Bundan sonra A. Aydəmir sosial şəbəkədə ad çəkməsə də, həmkarı Mətanət Əliverdiyevanı qadına şiddətlə bağlı ifadələrini tənqid etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!
