Zığda istinad divarları sökülür - Təhlükə davam edir
Bakıda son günlər aktiv sürüşmə zonaları sırasına biri də qoşulub – Zığ şossesi. Məlum olduğu kimi, bir neçə gün öncə yolun dənizə tərəf olan sağ tərəfi uçub.
“Qafqazinfo”nun əməkdaşları bu gün hadisə yerində olublar. Hazırda Xətai rayon İcra Hakimiyyətinin işçiləri uçqun olan hissədə təmizlik işləri aparır. Eyni zamanda, xüsusi texnika vasitəsilə bir hissəsi uçan, digər hissəsi qabararaq təhlükəli halda olan istinad divarları sökülür. Bunun ardınca isə Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilən layihə əsasında bərkitmə-bərpa işləri aparılacaq.
Sürüşmədən sonra istinad divarının piyada keçidinə yaxın hissəsində böyük bir qabarma əmələ gəlib. İşin ilkin mərhələsində divarın həmin hissəsi söküləcək ki, uçaraq yaxınlıqdakı obyektə zərər verməsin. Daha sonra təpə hissədə baş verən uçqunun fəsadları aradan qaldırılacaq. Ardınca bütün istinad divarları söküləcək. Bərkitmə işləri də icra hakimiyyəti tərəfindən həyata keçiriləcək. Öncə sürüşmənin kənar nöqtələrinə svaylar vurulacaq, daha sonra yeni və daha möhkəm istinad divarı tikiləcək.
Bu gün səhər Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri, rayon icra başısı Ramiz Məmmədov əraziyə baş çəkib görülən işlərlə tanış olublar.
Xatırladaq ki, ETSN-in mütəxəssisi Əziz Qaralov da dünən qeyd etmişdi ki, ərazidə qabarma var və bu hələ də təzyiqin davam etdiyini göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
General xaricdən gətirilən maşınların gömrük rüsumundan danışdı
Əli Mirəliyev Hüseyn Əzizoğlu haqqında: "Mənə deyirdi ki..."
Ramil Usubovla Kəmaləddin Heydərov hadisə yerində
“Zara Azərbaycana əlində silahla gəlmir” - Əflatun Amaşov
Həmkarlarından Fazil Mustafaya sərt cavablar - Qalmaqal böyüyür
Pensiyaçılara ŞAD XƏBƏR
"Maşın" şounun qurama olduğu ilə bağlı şok iddialar - Videolar (Açıqlama)