Zelenskinin açıqlamalarına Rusiyadan cavab gəldi
Almaniya Baş naziri Fridrix Mers Ukraynaya dəstək ziyarəti çərçivəsində Kiyevə gəlib. Mersə İqtisadiyyat və Enerji naziri Katerina Raiç və müdafiə, enerji sektorlarından olan 10 iş adamı müşayiət edib. O, Kiyevdə verdiyi açıqlamada, “Rusiya dayandırılmasa, müharibə maşını tez ya gec bizə yönələcəkdir,” deyib.
Minval.info xəbər verir ki, Mers, Ukraynanın yaxın həftələrdə Almaniyanın tam dəstəyinə ehtiyacı olduğunu və qış öncəsi ölkənin yanında olmağa davam edəcəklərini vurğulayıb.
Rusiyadan Zelenskiyə cavab
Rusiyanın Müdafiə Nazirliyi, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın neft emalı zavodlarına hücumların artırılacağı ilə bağlı açıqlamasına cavab olaraq, Kiyev və Ukraynanın digər bölgələrindəki hərbi və hərbi sənaye obyektlərinə, həmçinin əlaqəli infrastrukturuna hücumların artırılacağını bildirib.
ƏLAQƏLİ
Avropa İttifaqı kuantum və süni zəka üçün 50 milyard avro fon hazırlayır
Rusiyanın açıqlamasında, Zelenskinin açıqlamalarına cavab olaraq, Rusiyanın Kiyev və digər bölgələrə intensiv hücumlarının Ukrayna tərəfinin hərəkətlərinə qarşılıq olaraq həyata keçirildiyi qeyd olunub. Bildirilib ki, Kiyev, Rusiyadakı Dövlət Duması seçkilərini hücumlarla əngəlləməyə çalışır.
Açıqlamada, 6 mülki şəxsin həyatını itirdiyi və 19-20 sentyabrda Moskva şəhərindəki mülki obyektlərə 1600-dən çox pilotsuz uçuş aparatı ilə hücum cəhdlərinin olduğu, iyunda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun pilotsuz uçuş aparatları ilə əngəllənməyə çalışıldığı qeyd edilib.
Ukraynanın Belqorod bölgəsindəki yaşayış məntəqələrinə “terror xarakterli” hücumlar etdiyi və bu hücumlar nəticəsində ölən və yaralanan mülki şəxslərin olduğu, binaların və avtomobillərin zərər gördüyü bildirilib.
Açıqlamanın sonunda, “Zelenskinin bugünkü açıqlamasının ardından Rusiya Silahlı Qüvvələri, Kiyev və Ukraynanın digər bölgələrindəki hərbi və hərbi sənaye obyektlərinə hücumları artıracaqdır. Ukrayna xalqı bunun üçün yalnız Kiyev rejiminin başındakı şəxsi günahkar saymalıdır. Bütün şəxsi və siyasi məsuliyyəti daşıyan şəxs Zelenskidir,” ifadələrinə yer verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropa İttifaqı kuantum və süni zəka üçün 50 milyard avro fon hazırlayır
Monteneqro 2028-ci ilə qədər Aİ-nin növbəti üzvü ola bilər
Uğur Şahin və Özlem Türeci yeni şirkət qurur: "Arife"
Şimali Kore İsveçrə diplomatını 'arzuolunmaz şəxs' elan etdi
Avstraliya və Solomon adaları arasında tarixi müqavilə imzalandı
Huawei məhkəmədə bir sıra ittihamlar üzrə təqsirli bilinib
Tarixdə ilk: Pakistanlı astronavt artıq kosmosdadır