25.11.2026 - 13:04
Tarixdə ilk: Pakistanlı astronavt artıq kosmosdadır
Dünya 209 baxış

Tarixdə ilk: Pakistanlı astronavt artıq kosmosdadır

Pakistan tarixində ilk dəfə olaraq kosmosa astronavt göndərib. Publika.az-ın məlumatına görə, pakistanlı astronavt Məhəmməd Zeyşan Əli və iki çinli həmkarı, yerli vaxtla saat 08:18-də Çinin Jiuquan Peyk Buraxılış Mərkəzindən “Long March-2F” daşıyıcı raketi ilə “Shenzhou-24” kosmik gəmisi ilə uğurla kosmosa çıxıblar.

Ekipajda kosmik gəminin komandiri Tanq Honqbo və uçuş mühəndisi Vu Yi ilə birlikdə yük mütəxəssisi kimi iştirak edən pakistanlı astronavt Əli, Çinin kosmik proqramının bir hissəsi olaraq Tianqonq Kosmik Stansiyasına baş çəkən ilk xarici astronavt olub.

“Shenzhou-24” kosmik gəmisi, təxminən 3,5 saatlıq səyahətdən sonra Çinin Tianqonq Kosmik Stansiyasına birləşib. 40 yaşlı keçmiş qırıcı pilotu olan Əli, bu missiya çərçivəsində kosmik stansiyada təxminən bir həftə qalacaq.

Missiya, Çin və Pakistan arasında 2025-ci ildə imzalanmış müqavilə çərçivəsində həyata keçirilir və iki ölkə arasında kosmik sahədə əməkdaşlığın gücləndirilməsini hədəfləyir. Pakistanlı astronavtın, Çin heyəti ilə birlikdə elmi təcrübələrdə, xüsusən də fotosintetik mikroorqanizmlər üzərində orbital təcrübə aparması nəzərdə tutulur. Missiyanın sonunda Əli, “Şençjou-23” missiyasının astronavtları ilə birlikdə Yerə qayıdacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: