25.11.2026 - 12:24
ABŞ kəşfiyyatının “ürəyinə” hücum
Dünya 375 baxış

ABŞ kəşfiyyatının “ürəyinə” hücum

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Kəşfiyyat Direktorunun Ofisi (ODNI) ciddi bir kiberhücumla üzləşib. Publika.az-ın məlumatına görə, bu hücum nəticəsində bəzi “məxfi olmayan” məlumatlar ələ keçirilib.

ABŞ mediasının verdiyi xəbərə görə, hücum Mərkəzi Kəşfiyyat İdarəsi və ODNI-ə aid olan açıq mənbəli kəşfiyyat məlumatlarının təhlili ilə əlaqəli şəbəkəyə təsir edib. Lakin təəssüf ki, bu sızma heç bir məxfi məlumatı əhatə etməyib və problemin artıq həll edildiyi bildirilib.

Son dövrlərdə ABŞ-da banklar, texnologiya şirkətləri, Milli Təhlükəsizlik Agentliyi (NSA) və Federal Aviasiya Administrasiyasının (FAA) hava nəqliyyatı idarəetmə sistemlərinə təsir edən kiberhücumlar ölkənin kibertəhlükəsizliyi ilə bağlı ictimai narahatlıqları artırmaqdadır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: