Huawei məhkəmədə bir sıra ittihamlar üzrə təqsirli bilinib
ABŞ-da keçirilən məhkəmə prosesi nəticəsində Çinin texnologiya nəhəngi “Huawei” bir sıra ittihamlar üzrə təqsirli bilindi. Şirkət kommersiya sirlərinin oğurlanması, bank dələduzluğu və sanksiyaların pozulması da daxil olmaqla 10 fərqli ittihamla üzləşib.
Minval.info xəbər verir ki, bu ittihamlar “Huawei”nin ABŞ-da fəaliyyət göstərən rəqib şirkətlərinin məlumatlarını qanunsuz şəkildə əldə etməsi və beynəlxalq maliyyə institutları ilə əlaqələrində aldatma hallarını əhatə edir. ABŞ hökuməti, şirkətin bu yolla ticarət sanksiyalarını pozduğunu iddia edir.
“Huawei” isə öz müdafiəsində bu ittihamların əsassız olduğunu bildirir və məhkəmə qərarına qarşı apelyasiya verəcəyini açıqlayıb. Şirkət, ittihamların siyasi motivli olduğunu və ABŞ-ın texnologiya bazarında “Huawei”nin nüfuzuna zərər vurmaq məqsədi daşıdığını iddia edir.
ƏLAQƏLİ
Avropa İttifaqı kuantum və süni zəka üçün 50 milyard avro fon hazırlayır
Bu məhkəmə qərarı, “Huawei”nin beynəlxalq bazarlarda fəaliyyətinə və ABŞ-la Çinin texnologiya sahəsindəki münasibətlərinə təsir göstərə bilər. Gözlənilir ki, bu vəziyyət iki ölkə arasındakı ticarət müzakirələrinə də təsir edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avropa İttifaqı kuantum və süni zəka üçün 50 milyard avro fon hazırlayır
Monteneqro 2028-ci ilə qədər Aİ-nin növbəti üzvü ola bilər
Uğur Şahin və Özlem Türeci yeni şirkət qurur: "Arife"
Şimali Kore İsveçrə diplomatını 'arzuolunmaz şəxs' elan etdi
Avstraliya və Solomon adaları arasında tarixi müqavilə imzalandı
Tarixdə ilk: Pakistanlı astronavt artıq kosmosdadır
ABŞ kəşfiyyatının “ürəyinə” hücum