Zelenski: “Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib”
“Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib, bu faktdır”.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
“Bu, hüquqi fakt olmalıdır və dünyada hər kəs bilməlidir ki, Rusiya neftinin alınması və ya daşınması, bu ölkənin bankları ilə əlaqələr saxlamaq, Rusiya dövlətinə vergi və rüsumların ödənilməsi terrorçulara pul verməkdir”, – dövlət başçısı deyib.
“Mən bu gün də (dünən-red) G7 liderlərinə müraciət edərək dedim ki, bizim birgə potensialımız Rusiya ordusunu məğlub etmək üçün kifayətdir”, – Zelenski vurğulayıb.
Zelenskinin sözlərinə görə, Rusiya döyüşə bilmir: “Onlar müqavimət göstərməyi bacarmırlar, yalnız bu gün Kremençukda olduğu kimi alçaq zərbələrlə kifayətlənirlər”.
“Hamımız birlikdə təzyiq göstərə və işğalçıları Ukrayna torpaqlarından sıxışdıra bilsək, müharibə uzanmaya bilər. Bu nə qədər tez baş versə, bir o qədər çox insanın həyatı xilas olar”, – Zelenski əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şaban geri qayıdır: Ali Sunal ata yolunda
11 sentyabrın gizli şahidi: Holli Ratçford ortaya çıxdı
İran yeraltı raket istehsalına başladı!
Ece Erken oğlunun təhsili üçün Dubaya köçür
Dollar sabit, avro və lirə ucuzlaşdı
Qızıl və gümüş qiymətləri yenidən enir
Sepah Hörmüzdə ABŞ pilotsuz gəmisini vurdu