Zelenski 47 gündür ailəsini görmür – Onlara birgə yaşamağa icazə verilmir…
Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı və övladlarına onunla birlikdə Prezident ofisində qalmağa icazə verilməyib.
“Strana” xəbər verir ki, bu barədə Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya “Vogue” jurnalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, müharibənin əvvəlindən Zelenski ailəsi ilə yalnızca telefon vasitəsilə əlaqə saxlayır:
“İlk günlər onunla birlikdə qalacağımıza ümid edirdim. Lakin Prezident Ofisi hərbi obyektə çevrildi və uşaqlarla mənə orada qalmaq qadağan edildi. Bizə təhlükəsiz bir yerə getmək tapşırıldı, düzdür, əgər indi Ukraynada təhlükəsiz yer tapmaq mümkündürsə. O zamandan etibarən Volodimir ilə yalnızca telefonla əlaqə saxlayırıq”.
O, həmçinin qeyd edib ki, son ana qədər Rusiyanın Ukraynaya hücum edəcəyinə inanmayıb.pressklub
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Revolut müştəri məlumatları dələduzların hədəfində
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır