Zaur və Günay İnstaqramda reklamdan nə qədər qazanır?
“Zaur Fransaya “Ford boyard” layihəsinə getmişdi. İnstaqramı açdım ki, Zauru izləyim. Sonra gördüm ki, yaxşı işdir. Zaur gələndə dedim ki, İnstzqram açmışam”.
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Günay Baxşəliyeva “ASAN radio”da qonaq olarkən deyib. O, İnstaqram səhifəsi açmasından danışıb.
Aparıcı Zaur Baxşəliyev isə ilk vaxtlar Günaya əsəbiləşdiyini etiraf edib:
“Günay bunu deyəndə acıqlandım. Qayıtdım ki, yox, bəlkə bir “Facebook” da açasan? Sosial medianı qəbullana bilmirdim. Azərbaycan üçün yeni idi. Hələ xaricdə ulduzlar canlı yayımı açırdı, təəccüblənirdim. Deyirdim ki, niyə oturub kamera qabağında özləri danışırlar. Zamanla gördüm ki, bununla ayaqlaşmaq lazımdır”.
Zaur daha sonra İnstaqram səhifələrində reklamdan qazandıqları məbləğlə bağlı sualı cavablandırıb:
“Təəsüflər olsun ki, bizdə reklam bazarı o qədər yüksək inkişaf etməyib. Bizdə Amerika, Türkiyə, Gürcüstandakı qədər pullar oynamır. Biz də İnstaqramda reklam üçün uyğun məbləğ qoymuşuq. Bir onu deyim ki, bizə kifayət edir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi