Zaur müğənini özündən çıxartdı: "Sözümü dedim də, elə eləmə ki..."
Xəzər TV-də yayımlanan “5-də 5” verilişində qalmaqallı hadisə yaşanıb.
Minval.info xəbər verir ki, proqramın qonağı müğənni Orxan Babazadə ilə Zaur Kamal arasında gərginlik olub. Aparıcı ona “eşitdim, dağıstanlı qızla nişanlanmısan” sualını verib. Sual Babazadəni özündən çıxarıb və buna sərt reaksiya verib. Onun dediyi sözlər isə canlı yayımda kəsilib. Zaur Kamal müğəninin əsəbləşdiyini görüb bunu zarafata çevirib. Lakin Orxan şəxsi həyatı barədə söhbət açılmasına narazılığını bildirib.
Bir qədər sonra aparıcı Zaur verilişə gələn mesajları oxuyub:
“Orxan Babazadə doğurdanmı o qızı sevir? Eşitdiyimə görə, onun sevgilisi modeldir.”
Bu sual səsləndiriləndən sonra O.Babazadə bir daha özündən çıxıb: “Xahiş edirəm, bu söhbətləri efirə qoşmayaq da Zaur. Sözümü dedim də mən. Elə etmə ki, efirdən durum çıxım gedim. Mən sən, televiziyaya hörmət edib gəlmişəm bura, olmadı ki…”
Z.Kamal onun reaksiyasından sonra “hər şey şou idi, özümüz belə razılaşmışdıq” deyərək aranı sakitləşdirməyə çalışıb. Amma bunun şou olmadığı açıq-aşkar görünürdü.
Sani / Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!