Zaur Könül Xasıyevadan üzr istədi
Xalq artisti Könül Xasıyeva və aparıcı Zaur Kamal barışıb.
Axşam.az xəbər verir ki, bu haqda Zaur “Həmin Zaur” proqramında deyib. O, xanəndədən üzr istədiyini bildirib:
“Sosial şəbəkədə Zaurla Könül Xasıyevanın küsülülüyü haqda yayılmışdı. Bizim verilişdə qonaq olmuşdu, sual məsələsi var idi. Hər şeyə aydınlıq gətirdim. Xalq artisti ilə görüşdük, söhbətləşdik. Qucaqlaşdıq və məsələyə aydınlıq gətirdim. Bizim aramızda illərdir ana-bala münasibəti var. Layihələrdə, özəl proqramlarda Könül Xasıyevanı sevə-sevə dəvət etmişəm. Hər günündə yanında olmuşam. Üzrxahlıq etdim və məsələ bitdi. Buna başqa don geyindirməyin”.
Qeyd edək ki, K.Xasıyeva bir il əvvəl Zaurun verilişində qonaq olarkən ona vaxtilə Bakıda tək qalmamaq üçün anasını atasından ayıraraq öz yanına, evinə gətirməsi haqda verdiyi suala görə aparıcını polisə şikayət etmişdi.
Zaur Axşam.az-a açıqlamasında xanəndənin bu addımına təəccübləndiyini gizlətməmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!