Zaur Kamal efirdə Anar Nağılbazı ələ saldı: Məşhur videoya görə - VİDEO

“Xəzər TV”-də yayımlanan 5/5 verilişinin 19 mart tarixində yayımlanan buraxılışında iştirak edən qonaqlardan biri də müğənni Röya Ayxan olub.
Novruz bayramı ərəfəsində efirə gedən verilişdə aparıcı Zaur Kamal Röyaya qapı pusmağı təklif edib.
Belə ki, studiyada virtual olaraq 6 müğənninin evinin “qapısı” quraşdırılıb. Bu məqamda Zaur Kamal qonağına “hansı səsi eşitsən, onu yozarıq” deyib.
Röya Ayxan ilk növbədə 1 nömrəli qapını seçib. Və bu qapının arxasından Samiraldonun səsi eşidilib. Ardınca 5 nömrəli qapını seçən, ifaçı Təranə və Musa cütlüyünün səsinə qulaq asıb. 3-dən Səidə Sultanın, 6-dan Samir Bağırovun, 2-dən isə Rəqsanə İsmayılovanın səsi eşidilib.
4 nömrəli qapı seçiləndə isə bunun Anar Nağılbaza aid olduğu bəll olub. Bu zaman Zaur Kamal Röyaya “onun evində olan səsi efirə verə bilmərik” deyərək reperi lağa qoyub. Həmin an Röya Ayxan da gülməkdən özünü saxlaya bilməyib.
Qeyd edək ki, Anar Nağılbaz bir müddət əvvəl məlum +18 videosu ilə gündəmə gəlmişdi. Zaur Kamalın da məhz bu videoya görə reperə ilişdiyi istisna deyil. (Yenicag.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə aktyor Serhat Mustafa Kılıç vəfat etdi
Alen Simonyan ailə həyatı qurdu
Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir
Seda Sayandan səhnədə romantik etiraflar!
Bakıda qardaşlar arasında avtomobil qalmaqalı!
Nina Dobrev Venesiya festivalında qırmızı xalçadan çıxarıldı
Toydan dönən sürücü qəzaya düşdü: Yaralılar var