Zarina həmkarını qınadı: "Adını kişi qoymusan..."
Aktrisa Zarina Qurbanova sosial media hesabında bəzi kişi həmkarlarını “top atəşi”nə tutub.
Minval.İnfo xəbər verir ki, o, adını çəkmədiyi şəxsi torba tikməkdə, aktrisaların arxasınca danışmaqda ittiham edib:
“Gəlin sizə bir “axxtiyor”un “kişiliyindən” danışım. Deməli, biri var idi, biri yox idi. İncəsənətə aid olmayan, amma “sənət eşqiylə alışıb yanan” bir oğlan uşağı var idi. Çox düşündü ki, ayə, mən nə edim ki, bu sənətə özümü soxum və yolunu bacardığı şəkildə elə “soxulmaqla” başladı… Və beləliklə, az getdi, çox getdi; pulsuz, ucuz “çəkilə-çəkilə” “axxxtiyor” oldu. Özü də nə “axxxxtiyor” – Bax, yıxıl, öl!

Və bir müddətdən sonra bu dahi “soxulcan” başladı üzlərinə güldüyü, “abi” dediyi aktyorlar haqda rəy bildirməyə, aktrisalara özü boyda torba tikməyə. Kimlərə ki yaltaqlıq edirdi, hamısının yanında özünü etdi əsl “sənətkar”, yerdə qalanlar isə bunun üçün qeyri-peşəkar oldu.
Etdi etməyinə, amma sualım var:
Nə qədər güclü aktyor olursansa-ol, on-on beş filmə belə çəkil, onsuz da hazırkı şərtlərlə bu ölkədə Biləcəridən o tərəfə getməyəcəksən. Bütün bunlara dəyərmi?
Adını kişi qoymusan və mübarizəni ən çox aktrisaları pisləməklə, torba tikməklə davam edirsən! Fikrin nədir? Qadın obrazlarını oynayıb Dastin Hoffmanmı olmaq istiyirsən, əcəba?!
Şöhrət sevgisi bu qədər güclüdürmü ki, artıq sənin necə biri olduğunu bilən əsl sənət adamlarının hər söhbətlərində bu qədər söyüş yiyəsi olursan? Axı, sən gələcəyin atası, kiminsə həyat yoldaşısan… Dəyərmi?”

Daha sonra məsələ ilə bağlı Oxu.Az-a danışan Zarina ad çəkmək istəmədiyini bildirdi:
“Ad çəkmək istəmirəm, onsuz da bizim aləmdə olanlar bilir ki, söhbət kimdən gedir. Əslində, bir nəfərdən söhbət getmir, Allah onları bizə çox görməsin”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!