Zamiq Röyadan sonra onu seçdi - Video
Müğənni Zamiq Hüseynov ilə Sivva “Dedilər” mahnısına çəkdirdiyi klipi təqdim edib.
Minval.info xəbər verir ki, bu günə kimi xanım həmkarlarından yalnız Röya Ayxan ilə duet oxuyan Zamiqin bu dəfəki seçimi bəstəkar-müğənni Sevinc Ağasıyeva olub. Bəstənin söz və musiqisi Sivvanın özünə, aranjimanı Samir Şirinova, mix-masteri isə Oleq Naumova məxsusdur. Klipin rejissorluğu yenə də Dele Orucluya həvalə olunub. 70-80-ci illərin ab-havası yaradılan ekran işində iki nəfərin sevgi romanı əks olunub. Zamiq truba ifaçısını, onun qocalığını fotoqraf-aktyor Şahin Yüksəl Sərkərov canlandırıb. Sevinc Ağasıyeva isə klipdə elə həyatda olduğu kimi müğənnidir. Onun yaşlı obrazını Xalq Artisti Nübar Novruzova oynayıb.
https://www.youtube.com/watch?v=KtWF9-MMAGs
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!