Zamiq "Duman"ı təqdim etdi - Video
Müğənni Zamiq Hüseynov yeni klipini təqdim edib.
Minval.info xəbər verir ki, “Duman” adlı mahnının sözləri, musiqisi, həmçinin aranjimanı MC Murada aiddir. Sənətçi klipini ekranlaşdırmaq üçün rejissor Dele Orucluya müraciət edib. İfaçı, Cavid ilə yaxşı anlaşmasından söz açıb:
“Dele gəncdir, istedadlıdır. Onun baxış bucağı mənim xoşuma gəlir. Oturub danışanda da görürük ki, fikirlərimiz üst-üstə düşür. O da məni bəyənir, məsləhət verəndə də tez qəbul edir” .
Sənətçi geyim seçimindəki həssaslığını da dilə gətirib:
“Bəzi hallarda mənə deyirlər ki, bu geyimi geyinməlisən. Deyirəm olmaz, axı mən bilirəm nə istəyirəm. O bilə-bilməz ki, mənə ən çox nə yaraşır, nə yox! Mənim ən həssas yerim o geyim məsələsidir. İndiyə kimi kimsə çəkilişdə geyimimə qarışmır. Obraz barədə mənə məlumat verəndə deyirlər ki, Zamiq geyim barədə artıq özün fikirləş”.
Hüseynov 2 günə çəkilən klipinin büdcəsini də gizlətməyib:
“Bu gün 10 min manata klip çəkilirsə, bu artıq bahalı klip sayılır. Dele yaxın dostum olduğuna görə, burada pul qazanmaq barədə düşünmədik. Cavid o klipi bu gün başqasına çəksə, bilirəm ki, 15-20 mindən aşağı çəkməz “.
https://www.youtube.com/watch?v=xfS4LW080QA&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!