Zərif Trampa faktlara əsaslanmağı tövsiyə edib
İran Xarici İşlər naziri Cavad Zərif ABŞ Prezidenti Donald Trampa KİV başlıqlarına deyil, faktlara əsaslanaraq qərar qəbul etməyi tövsiyə edib.
APA-nın məlumatına görə, bundan əvvəl D. Tramp “Fox News” telekanalına istinad edərək “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, İran Xarici İşlər naziri Tehranın ABŞ-la danışıqlar aparmağı arzuladığını, ancaq sanksiyaların qaldırılmasını istədiyini bildirib.
C. Zərif isə “Twitter” sosial şəbəkəsindəki səhifəsində qeyd edib ki, ABŞ Prezidenti xarici siyasətlə bağlı şərhləri və qərarlarında “Fox News” telekanalının xəbər başlıqlarına və fars dili tərcüməçisinə yox, faktlara əsaslansın. İRAN Xin rəhbəri “Spiegel” nəşrinə müsahibəsindən bir parçanı da paylaşıb. C. Zərif həmin müsahibəsində İranın general Qasim Süleymaninin öldürülməsindən sonra da Vaşinqtonla danışıqların aparılmasının mümkünlüyünü istisna etməyib.
İran XİN rəhbəri deyib ki, ABŞ İrana münasibətdə xarici siyasət kursunu dəyişsə və sanksiyaları ləğv etsə, Vaşinqtonla danışıqların aparılması istisna deyil. Eyni zamanda İranın hələ də danışıqlar masasında olduğunu, ABŞ-ın masanı tərk etdiyini də vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu