“Yüzlərlə azərbaycanlı idmançı hazırdır, növbəmizi gözləyirik”- Pərviz Abdullayev
“Survivor” yarışmasında iştirak edən kikboksinq üzrə Dünya çempionu Pərviz Abdullayev Türkiyənin “Star” kanalında yayımlanan “Demet və Alişan ilə sabah-sabah” verilişinə qonaq olub.
Musavat.com xəbər verir ki, məşhur idmançı torpaqlarımızın erməni işğalından azad olunmasından danışıb. O, Azərbaycana dəstək olduğu üçün qardaş Türkiyəyə təşəkkür edib:
“Hazırda Azərbaycanda müharibə gedir. Bu, haqq müharibəsidir. Çünki Azərbaycan öz torpağı, Qarabağ uğrunda mübarizə aparır. Başda Ali Baş Komandan olmaqla ordumuz çox qısa zamanda Qarabağımızı, gözəl torpaqlarımızı işğaldan azad edəcək.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Mən Ağdamdanam. Bu günü çoxdan gözləyirdik. Təbii ki, Vətən müharibəmizdə şəhidlik zirvəsinə ucalanlar var. Onlara Allahdan rəhmət diləyirik.
Mənim kimi yüzlərlə azərbaycanlı idmançı hazırdır, növbəmizi gözləyirik. Hər zaman yaxşı və pis gündə Azərbaycanın yanında olan Türkiyəyə təşəkkürümüzü bildiririk. Biz bir millət, iki dövlətik”.
Könül,
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq