Yüksək təzyiqi normaya salmaq üçün ÇOX SADƏ QAYDA

Yüksək arterial təzyiq bir çox ağır pozulmaların (infarkt, insult, böyrək və göz xəstəlikləri və s.) ilk səbəblərindən biridir.
Təzyiqi daim normada saxlamaq həyati vacibdir. Argentina alimləri sübut edir ki, yüksək təzyiqdən əziyyət çəkənlər sadəcə şam yeməyindən imtina etməklə təzyiqi normaya sala bilərlər.
Minval.İnfo saglamolun.az-a istinadən bildirir ki, alimlər bununla bağlı xüsusi eksperiment aparıblar. Eksperimentdə yüksək arterial təzyiqdən əziyyət çəkən 150 insan iştirak edib. İştirakçılar axşam saatlarında yemək yemirdi və həmçinin mayenin qəbulunu azaldırdı. Artıq bir neçə gündən sonra iştirakçıların təzyiq göstəriciləri normallaşmağa başlayıb, onların ümumi vəziyyəti yaxşılaşıb.
Alimlərin fikrinə görə, şam yeməyindən imtina, duz qəbulunun məhdudlaşdırılması və aktiv həyat tərzi insanlara təzyiqi normada saxlamağa kömək edəcək.
Bundan əlavə həkimlər streslərdən uzaq durmağı və axşam saatlarında tərkibində kofein olan içkiləri (çay, qəhvə, kola və s.) içməməyi tövsiyə edir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq