28.08.2019 - 19:33
Hadisə 1 baxış

Yük maşını aşdı, Ələt yolu bağlandı - FOTO

Salyan şosesinin Qaradağ rayonu Ələt qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.

Oxu.Az-ın məlumatına görə, “KamAZ” markalı, 90 SV 488 dövlət nömrə nişanlı yük avtomobili aşıb.

Qum daşıyan yük maşınının aşması nəticəsində Salyan şosesinin Ələt qəsəbəsindən keçən hissəsində yol bağlanıb.

Avtomobillərin hərəkəti köməkçi yola yönləndirilib.

Hadisə yerinə polis və FHN xilasediciləri cəlb edilib.

İlkin məlumata görə, yük maşınının sürücüsü ağır xəsarət alıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: