Yoxlanışdan sonra qadına mesaj yazan polis işdən çıxarıldı
Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Sevda Mahmudova adlı sosial şəbəkə istifadəçisinin polis əməkdaşı tərəfindən şəxsi məlumatlarının əldə edilməsiylə bağlı Daxili İşlər Nazirliyi tərəfindən araşdırma başlanılmışdı.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, araşdırma nəticəsində sözügedən polis əməkdaşı Zahir Abbasov Daxili İşlər orqanlarından xaric edilib.
DİN-in mətbuat xidmətindən faktı saytımıza təsdiqləyiblər. Qeyd edək ki, S. Mahmudova şikayətində bildirmişdi ki, “Koroğlu” metrosundakı keçiddən çıxarkən Zahir Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb və daha sonra həmin şəxs ona messenger vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda