“Youtube” azərbaycanlı müğənninin klipinə “18+” yaş həddi təyin etdi - VİDEO
“Narmeen” səhnə adı altında çıxış edən gənc müğənni Nərmin Behbudovanın yeni klipi qalmaqala səbəb olub.
Oxu.Az xəbər verir ki, “YouTube” videohostinqi Nərminin açıq-saçıq ekran işinə senzura tətbiq edib.
İfaçı məsələyə belə aydınlıq gətirib:
“Sirr” klipimə yaş həddi qoyan “YouTube”un nümayəndələri ilə 10 gün ərzində yazışdım. Klipdə açıq-saçıq səhnələr olduğu üçün ona “18+” senzurası tətbiq edilib.
Müğənni bildirib ki, “YouTube” nümayəndələrinə müraciətlərində onlardan klipi bir neçə dəfə nəzərdən keçirməyi və digər videolarla müqayisə etməyi xahiş etsə də, onlar fikirlərindən dönməyiblər.

“O vaxt nə edəcəyimizi bilmirdik, amma klipi yenidən montaj etməyi fikirləşdik. Yeni görüntülər çəkdik və əsas səhnələrdən birini dəyişdirdik, sonra videonu yenidən şəbəkəyə yüklədik”, – Nərmin qeyd edib.
“Sirr” klipinin yenidən işlənmiş versiyasında aşağıda göstərilən kadrlara görə “YouTube” videoya yaş həddi qoyub.

Qeyd edək ki, vokal ifaçısı Nərmin Behbudova “Səs Azərbaycan” musiqi layihəsinin ən parlaq iştirakçılarından biri olub.
https://www.youtube.com/watch?time_continue=170&v=PvVxLW7FmFc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır